ağ-qara rəngli televizorun pultu əlimdə
mənasız kanalları çevirirəm
sigareti tutan əllərim əsir
monitora baxıb gülürəm
lənət sənə kor şeytan
bədbəxt şeytan
nə itin azıb bu xarabada?
burda sənin alternativlərin çoxdu
hamı öz-özlüyündə şeytandır burda
sənə ehtiyac yoxdur
qayıt cəhənnəmə
yığ balalarını başına
öz həyatını yaşa..
burda yoldan çıxarmağa heç kim yoxdu
çünki heç kim yolunda deyil burda
heç yollarda yoxdu bu ölkədə
dünən yenə sökdülər yolları
öpdülər ən böyük şeytanın heykəlindən
yeri gəlmişkən bizdə yaxşı göz klinikası var
ünvanı tez tapacaqsan
Heydər Əliyev Prospektindəki Heydər Əliyev Klinikası
istəsən kor gözlərini müalicə etdirərsən
salamat qal şeytan birdə belə səhv eləmə
yolüstü Kəbəyə də baş çəkib
allaha salam deyərsən.

Bir şərh yazın