Onda füniküler köhnə idi
biz isə cavan idik
onda bazar günü idi
evdən qaçmışdıq
daha doğrusu sən qaçmışdın.
keçmiş bulvarda
indiki dənizkənarı parkda görüşdük
gül almaq dəbinə uyğun olaraq
bir qucaq dolusu mavi qızılgül almışdım sənə
bir az yuxulu idim o gün
gecəni yatmamışdım
sənə qızılgül ala bilmək üçün
dünən gecə
qonşumuzun həyətindəki gümüş qabları
qonşumuzun oğluyla birlikdə
oğurlayıb satmışdım.
birdə atamın içdiyi pivə şüşələrini
şüşə götürən mırıq day-daya
vermişdim
day-day da əvəzində bir manat vermişdi mənə
əli başımı sığallayıb afərin demişdi
görünür öz gələcəyini görmüşdü mırıq day-day
nəisə onu boş ver də
həmin gün birinci dəfə opüşmüşdük səninlə
bulvarın qurtaracağında
adamların az olduğu yerdə
bir fransız filimində gördüyüm kimi
dodaqlarından öpmək istəmişdim
sən də üzünü çevirib ancaq yanağımdan demşidin
mən də öpüşdüm
xalamın məni öpdüyü kimi.
fransız filmindəki kimi öpüşmək
içimdə qalmışdı
ama sən narahat olma
qonşumuzun qızı Fatmanisə də baxmışdı o filimə.
sonra skamyaların birində oturduq
sən bir az dərslərindən
sinifizdəki sarışın oğlandan danışdın mənə
məndə həmin an içimdə
allah babanı söyürdüm sarışın olmadığıma görə.
sonra sən o sarışın oğlana ərə getdin
ona verdin
əxlaqsız fahişə
ama mən sənə görə qonşumuzun həyətində gümüş oğurlamışdım
o cəhənnəm divardan hoppananda ayağım zabora ilişmişdi
bir omür boyu impotent qalmaq ağır dərddir

Bir şərh yazın