Bayaq Nərimanovda bir çay evində oturmuşduq uşaqlarla.Bir day-day əlində iki qara sumka gəlib düz qulağımızın dibində bağırdı ki,qardaşoğlu kitab satıram istəyirsən ? Oturduğumuz uşaqlardan birinin gözündə eynək vardı day-day da məhz o uşağın qulağının dibində bağırdı.O uşaq da dostlarımın içində ən avarasıdı (yazıq day-day elə bilib ki,oçkariklərin hamısı kitab oxuyan olur ).Uşaq da eləmə eənbəllik buna dedi ki,”Get işinlə məşğul ol” . Day-day suyu süzülmüş halda gedəndə çağırdım dedim gəl bura kimin kitablarını satırsan?

Dedi ki,Çingiz Abdullayev.
Dedim onu keç .
Dedi Elxan Elatlı.
Dedim onu da keç .
Sonra bir kitab soxuşdurdu əlimə.
Səhv eləmirəmsə adı “Ürək yarası” idi.Hansısa boyalı-pudralı civi yazmışdı.
Kitab açıb vərəqlədiyim vaxt day-day dil-boğaza qoymurdu – Kultazda bu kitab haqqında məlumat var.Mükafata gedir bu kitab.
Soruşdum ki,nə mükafat?
Dedi müsabiqə keçirirlər orda mükafat alacaq bu kitab.
Dedim hansı müsabiqə?
Dedi ki,”Kitablar” müsabiqəsi.
Dedim axı elə bir müsabiqə yoxdur Azərbaycanda.Bəlkə sən “Milli Kitab Mükafat”ını deyirsən?!
Birnəfəsə dedi ki,hə hə odur.
Dedim ki,başlarına dəysin keçirdikləri müsabiqə bir müsabiqənin ki,münsifi Qaraqan ola.
Gözlərini döydü.
Kitabı vərəqləməkdə davam edirdim.
Bir dialoqa gözüm sataşdı.
-Mehmanın xəbəri olsa qan düşəcək.
Sonra kitabın ilk səhifəsindəki məlumatı oxudum.
Orda yazılmışdı ki, “Əsər Qarabağ qaçqınlarına həsr olunur”
Kitabı qaytaranda elə-belə məzə üçün day-daydan soruşdum ki,Umberto Ekonun kitablarından var səndə?
Day-dayın cavabı müthiş idi – O kimdi ki?Təzələrdəndisə tanımaram.

Kamran Su

Bir cavab »

  1. Yusif dedi ki:

    Qaraqan haqqinda dediyinizi beyenmedim. duzdu qaraqan ideal deyil ama coxlarinnan yaxwidi

Bir şərh yazın