Bakı

Yorğun şəhər
Yorğun payız
Tənbəl-tənbəl saralıb yerə düşən yarpaqlar
və adamlar

Payız abunə olub Bakıya
illər öncə
hər il gəlir
özü ilə sevgilər gətirir
özü ilə sevgilər aparır.

İndi Bakı hamilədir
Payızın uşağını daşıyır bətnində
Keçən il sentyabrda baş verdi bu
Qaranlıq küçələrdə
Sevişdilər
Bakı və Payız
hamıdan gizlin…

Xəzərə xəyanət idi bu
Xəzər ağladı
Dözmədi
xəyanətə
Neft içdi
boğulub öldü.

Xəzər bağışlamışdı bir dəfə
İllər əvvəl Bakı Xəzri ilə sevişəndə
Ama bu dəfə dözə bilmədi
Bakının fahişəliyinə

O kimdi ki?…

Bayaq Nərimanovda bir çay evində oturmuşduq uşaqlarla.Bir day-day əlində iki qara sumka gəlib düz qulağımızın dibində bağırdı ki,qardaşoğlu kitab satıram istəyirsən ? Oturduğumuz uşaqlardan birinin gözündə eynək vardı day-day da məhz o uşağın qulağının dibində bağırdı.O uşaq da dostlarımın içində ən avarasıdı (yazıq day-day elə bilib ki,oçkariklərin hamısı kitab oxuyan olur ).Uşaq da eləmə eənbəllik buna dedi ki,”Get işinlə məşğul ol” . Day-day suyu süzülmüş halda gedəndə çağırdım dedim gəl bura kimin kitablarını satırsan?

Dedi ki,Çingiz Abdullayev.
Dedim onu keç .
Dedi Elxan Elatlı.
Dedim onu da keç .
Sonra bir kitab soxuşdurdu əlimə.
Səhv eləmirəmsə adı “Ürək yarası” idi.Hansısa boyalı-pudralı civi yazmışdı.
Kitab açıb vərəqlədiyim vaxt day-day dil-boğaza qoymurdu – Kultazda bu kitab haqqında məlumat var.Mükafata gedir bu kitab.
Soruşdum ki,nə mükafat?
Dedi müsabiqə keçirirlər orda mükafat alacaq bu kitab.
Dedim hansı müsabiqə?
Dedi ki,”Kitablar” müsabiqəsi.
Dedim axı elə bir müsabiqə yoxdur Azərbaycanda.Bəlkə sən “Milli Kitab Mükafat”ını deyirsən?!
Birnəfəsə dedi ki,hə hə odur.
Dedim ki,başlarına dəysin keçirdikləri müsabiqə bir müsabiqənin ki,münsifi Qaraqan ola.
Gözlərini döydü.
Kitabı vərəqləməkdə davam edirdim.
Bir dialoqa gözüm sataşdı.
-Mehmanın xəbəri olsa qan düşəcək.
Sonra kitabın ilk səhifəsindəki məlumatı oxudum.
Orda yazılmışdı ki, “Əsər Qarabağ qaçqınlarına həsr olunur”
Kitabı qaytaranda elə-belə məzə üçün day-daydan soruşdum ki,Umberto Ekonun kitablarından var səndə?
Day-dayın cavabı müthiş idi – O kimdi ki?Təzələrdəndisə tanımaram.

Kamran Su

Sevmə məni

Sevmə məni
Mən tanıdığın əclaflardanam
İnanmırsan
İnanmamağa davam et
ama sevmə məni

Gözlərim xoşuna gələ bilər
ama nə olsun?
bütün əclafların gözləri qəşəng olur
gözümü neynirsən?
ağlın olsun
sevmə məni

Sevmə məni
Diqqətlə baxsan qrup yoldaşın
eynəkli uşaq
dəli kimi sevir səni
səndə onu sev
qurban olum
bircə sevmə məni

Sevmə məni
Heç gözləmədiyin bir qış günü
atıb gedəcəm səni
Soyuq parkda yiyəsiz itlər kimi
ağlayacaqsan o günü
Ən yaxşısı
Sevmə məni

Matros

Yağışın damlaları pəncərimi döyəcləyir

az sonra kiçik damlalar böyüyür
böyüdükcə
damlalar
çoxaldıqca
arzular
daşır
arzuların ağırlığından
sahilə çatmağa az qalmış
gəmi batır.

Sahildə yorğun matros
əynində cırılmış matros maykası
üzü günəşdən yanmış halda
saçları islaq
mədəsində dəniz suyu
dayanıb dənizə tərəf baxır
amansız dalğalar
acıq verir ona
Kiçik taxta parçaları
dalğaların qoynunda
bir də cəsədlər
bir də xatirələr…

Donmuş durmuş matros
indi o susqun
indi o pərt
Adamlar uzaqdan yaxınlaşır
Kiçik şəhərdə qadınlar ağlaşır

Yağışın damlaları pəncərimi döyəcləyir
az sonra kiçik damlalar böyüyür
böyüdükcə
damlalar
çoxaldıqca
arzular
daşır
arzuların ağırlığından
sahilə çatmağa az qalmış
gəmi
batır
Yağan yağış mənə
saçlarından damcılar süzülən
matrosu xatırladır

Kamran Su

Bu gece bir azca ferqli
Seni duwunurem icdikce tekila
Yadindami gunewli Meksika?)
Yadindami kicik yaxta?)
Sen gulursen
Men suzurem
Sen reks edirsen
Men icirem
Senin bedeninin cox istidir
Gece bizim yaxta ikimizindir.
Yadindami Roma?)
Yadindami kolizey?)
Yadindami o iller?(
Indi gunler hamisi eyni
Fahiweler unutdurmur seni…(
Yadindami Paris?)
Yadindami Sena?)
Yadindami gemiler?
Indi oxwayir wekilini

eller (

nəisə

ağ-qara rəngli televizorun pultu əlimdə
mənasız kanalları çevirirəm
sigareti tutan əllərim əsir
monitora baxıb gülürəm
lənət sənə kor şeytan
bədbəxt şeytan
nə itin azıb bu xarabada?
burda sənin alternativlərin çoxdu
hamı öz-özlüyündə şeytandır burda
sənə ehtiyac yoxdur
qayıt cəhənnəmə
yığ balalarını başına
öz həyatını yaşa..
burda yoldan çıxarmağa heç kim yoxdu
çünki heç kim yolunda deyil burda
heç yollarda yoxdu bu ölkədə
dünən yenə sökdülər yolları
öpdülər ən böyük şeytanın heykəlindən
yeri gəlmişkən bizdə yaxşı göz klinikası var
ünvanı tez tapacaqsan
Heydər Əliyev Prospektindəki Heydər Əliyev Klinikası
istəsən kor gözlərini müalicə etdirərsən
salamat qal şeytan birdə belə səhv eləmə
yolüstü Kəbəyə də baş çəkib
allaha salam deyərsən.

Caotica ana

Ötən günlər

Onda füniküler köhnə idi
biz isə cavan idik
onda bazar günü idi
evdən qaçmışdıq
daha doğrusu sən qaçmışdın.
keçmiş bulvarda
indiki dənizkənarı parkda görüşdük
gül almaq dəbinə uyğun olaraq
bir qucaq dolusu mavi qızılgül almışdım sənə
bir az yuxulu idim o gün
gecəni yatmamışdım
sənə qızılgül ala bilmək üçün
dünən gecə
qonşumuzun həyətindəki gümüş qabları
qonşumuzun oğluyla birlikdə
oğurlayıb satmışdım.
birdə atamın içdiyi pivə şüşələrini
şüşə götürən mırıq day-daya
vermişdim
day-day da əvəzində bir manat vermişdi mənə
əli başımı sığallayıb afərin demişdi
görünür öz gələcəyini görmüşdü mırıq day-day
nəisə onu boş ver də
həmin gün birinci dəfə opüşmüşdük səninlə
bulvarın qurtaracağında
adamların az olduğu yerdə
bir fransız filimində gördüyüm kimi
dodaqlarından öpmək istəmişdim
sən də üzünü çevirib ancaq yanağımdan demşidin
mən də öpüşdüm
xalamın məni öpdüyü kimi.
fransız filmindəki kimi öpüşmək
içimdə qalmışdı
ama sən narahat olma
qonşumuzun qızı Fatmanisə də baxmışdı o filimə.
sonra skamyaların birində oturduq
sən bir az dərslərindən
sinifizdəki sarışın oğlandan danışdın mənə
məndə həmin an içimdə
allah babanı söyürdüm sarışın olmadığıma görə.
sonra sən o sarışın oğlana ərə getdin
ona verdin
əxlaqsız fahişə
ama mən sənə görə qonşumuzun həyətində gümüş oğurlamışdım
o cəhənnəm divardan hoppananda ayağım zabora ilişmişdi
bir omür boyu impotent qalmaq ağır dərddir

Seksdən sonrakı qadın

gecə açıq pəncərədən
küləklər oxşayar saçlarını
əsən küləklər,yorğun küləklər
barmaqlarının arasında şərab bakalı
şərab içərsən..

sonra çevrilib geriyə otağa tərəf baxarsan
orda bir çarpayı var birdə yerdəki səliqəsiz paltarlar
çarpayının üstündə bir adam yatıb
bir neçə dəqiqə əvvəl sevişdiyin adam
yuxusunda gülümsəyir
səndə ona baxıb gülümsərsən

hamam otağına keçib güzgüdə öz bədəninə baxarsan
əllərini gəzdirərsən sinəndə
güzgüdə gözlərinə baxarsan
krantı açıb dodağındakı öpüşləri yuyarsan
sonra geriyə qayıdıb qucaqlayarsan çarpayıdakı adamı
yanında uyuyarsan

Bir şeirilk qalım yadında

bir şeirlik qalım yadında
yadına düşsün
hönkür
sonra dəfələrcə xatırla
sən evdə hamam otağında
mən küçələrdə dəniz qırağında

bir sigaret yandır
burax havaya tüstünü
uçuşsun havada
içinə çək tüstünü
sən evdə pəncərənin yanında
mən küçələrdə parklarda

bir romanlıq qalım yadında
acgözlüklə oxu onu
cümlə-cümlə yaz yaddaşına
sən evdə divanın üstündə
mən küçələrdə səkinin üstündə

bir rəsimlik qalım yaddaşında
dəfələrcə bax
o şəkilə
sən evdə yorğanın altında
mən küçələrdə paltomun yaxalığında

bir paris parfumu kimi qalım yadında
qoxla onu
qoxla bütün otaqda
əşyalarda
sən evdə kaminin yanında
mən küçələrdə adamların yanında