bir şeirlik qalım yadında
yadına düşsün
hönkür
sonra dəfələrcə xatırla
sən evdə hamam otağında
mən küçələrdə dəniz qırağında

bir sigaret yandır
burax havaya tüstünü
uçuşsun havada
içinə çək tüstünü
sən evdə pəncərənin yanında
mən küçələrdə parklarda

bir romanlıq qalım yadında
acgözlüklə oxu onu
cümlə-cümlə yaz yaddaşına
sən evdə divanın üstündə
mən küçələrdə səkinin üstündə

bir rəsimlik qalım yaddaşında
dəfələrcə bax
o şəkilə
sən evdə yorğanın altında
mən küçələrdə paltomun yaxalığında

bir paris parfumu kimi qalım yadında
qoxla onu
qoxla bütün otaqda
əşyalarda
sən evdə kaminin yanında
mən küçələrdə adamların yanında

2 cavab »

  1. aygun dedi ki:

    əla şeirdi)))))))))))

Bir şərh yazın