Yorğun şəhər
Yorğun payız
Tənbəl-tənbəl saralıb yerə düşən yarpaqlar
və adamlar

Payız abunə olub Bakıya
illər öncə
hər il gəlir
özü ilə sevgilər gətirir
özü ilə sevgilər aparır.

İndi Bakı hamilədir
Payızın uşağını daşıyır bətnində
Keçən il sentyabrda baş verdi bu
Qaranlıq küçələrdə
Sevişdilər
Bakı və Payız
hamıdan gizlin…

Xəzərə xəyanət idi bu
Xəzər ağladı
Dözmədi
xəyanətə
Neft içdi
boğulub öldü.

Xəzər bağışlamışdı bir dəfə
İllər əvvəl Bakı Xəzri ilə sevişəndə
Ama bu dəfə dözə bilmədi
Bakının fahişəliyinə

Bir şərh yazın